Ruslan Abışov: Bəzi insanlar uduzmağımızı arzulayırdı - MÜSAHİBƏ
11.07.2012 - 10:05
“Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışovun apasport.az saytının Tallinə ezam olunmuş əməkdaşına müsahibəsi
- “Nomme Kalyu”ya 2:0 hesabı ilə qalib gəldiyiniz cavab matçı barədə fikirləriniz necədir?
- Bizə bu rəqib düşəndə onu keçməyi çox istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq. Komanda olaraq çox yaxşı mübarizə apardıq. Düzdür, ikinci hissədə istənilən səviyyədə oynamadıq. Ancaq bizim üçün əsas nəticə idi ki, onu da qazandıq. “Xəzər Lənkəran”ı istəməyənlər bizim məğlub olmağımızı arzulayırdılar.
- Sizcə Lənkəran təmsilçisinin məğlub olmasını istəyənlər konkret kimlərdir?
- Belə baxırıq ki, istəməyənlər çoxdur.
- Bu, avrokuboklardakı klublarımızdır?
- Yox, mən konkret ad çəkmək istəmirəm. Şükürlər olsun ki, qalib gəlməklə güclü olduğumuzu göstərdik. Düzdür, rəqib o qədər də güclü deyildi. Biz özümüz rəqibi böyütmüşdük.
- İlk, yoxsa cavab matçı çətin oldu?
- Əlbəttə, ilk oyunda azarkeşlərimiz qarşısında təzyiq altında oynayırdıq. Bu hiss olunurdu. Məsələni də elə bu görüşdə həll etmək istəyirdik, ancaq arzumuza çatmadıq. Qismət cavab matçına imiş. Artıq bu qarşılaşmanı unudub, “Lex”lə oyun haqda düşünəcəyik. İstəyirik ki, tariximizdə ilkə imza ataq. Buna çalışmaqla nail olmaq istəyirik.
- Vurduğunuz qolla bağlı nə deyə bilərsiz?
- Mən ilk matçda qol vurmaq istəyirdim, ancaq qismət cavab oyununa imiş. Çox dua edirdim ki, bu qarşılaşmada qələbə qazanaq. İnanıram ki, bundan sonra qollarımın ardı gələcək.
- Lənkərandakı oyunda müdafiənin mərkəzində, cavab matçında isə dayaq yarımmüdafiəçisi mövqeyində oynadınız. Hansı sizin üçün daha rahatdır?
- Mənim üçün fərq etmir. Bu baş məşqçimizin taktikası idi. Mən də ən yaxşısını etməyə çalışırdım. Ən əsası qələbədir.
- “Xəzər Lənkəran”da qol hesabınızı açdınız. İlk qolunuzu kimə həsr edirsiz?
- Əlbəttə, anama.

0
0