“Allah bizi Mənsimovun qarşısında başıaşağı etmədi” - MÜSAHİBƏ
11.07.2012 - 10:56
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytının Tallinə ezam olunmuş əməkdaşına müsahibəsi
- “Nomme Kalyu” ilə cavab matçını necə dəyərləndirərdiniz?
- Çətin oyun oldu. Evdə 2:2 hesablı heç-heçə etmişdik. Bundan sonra çoxları deyirdi ki, mərhələ adlaya bilməyəcəyik. Ancaq biz onlardan həqiqətən güclü olduğumuzu sübut elədik. Qalib gəldiyimiz üçün bunu demirəm. Biz həqiqətən Estoniyaya qələbə ardınca gəlmişdik. Çünki itiriləsi heç nəyimiz yox idi. Qalib gəlməsəydik, mərhələ adlamaq üçün ən azı 3:3 hesablı heç-heçəyə imza atmalıydıq. Ancaq 3 qol vurub, 3 qol buraxmağımız haradasa inandırıcı görünmürdü. Düzdür, futbolda belə nəticə ola bilərdi, ancaq axırıncı ümidimiz qələbə idi. Allahın köməyi ilə buna nail olduq. Fəxri prezidentimiz Mübariz Mənsimov da buraya gəlmişdi. Biz istəməzdik ki, o buradan başıaşağı qayıtsın. Allah bizə bu qələbəni qazandırmaqla, bizi onun qarşısında başıaşağı etmədi. Komanda yoldaşlarımın hamısını öpürəm, onlar hamısı qələbəyə layiq idi.
- İlk oyundakı nəticəni təsadüf sayırsız?
- Əlbəttə. Biz həmin matçı təhlil etmişdik. Qapıya 32 zərbə vurmuşduq və bunun 2-si qol olmuşdu. Təsəvvür edin ki, oyun ərzində 32 zərbə nə deməkdir. Mənə elə gəlir ki, nəticə matça görə oldu. Böyükhesablı qələbə də ola bilərdi. Ancaq bu nəticədən – 2:0 hesablı qalib gəldiyimiz matçdan da çox razıyıq.
- Səfər oyununda müdafiənin mərkəzində oynadınız. Necə hesab edirsiz, Lənkəranda da bu mövqedə yer alsaydınız sizə daha rahat olardı?
- Mən özümə inanıram. Harada oynamağımın fərqi yoxdur.
- İlk matçda müdafiənin mərkəzində oynasaydız, hesab belə olardımı?
- Bəlkə başqa nəticə olardı. Ancaq bu gün hər şey görsəndi. Mən nə deyim? Tək özümü fərqləndirmək düzgün çıxmazdı, burada bütün komanda yoldaşlarımın əziyyəti var. Mən də komandanın bir üzvüyəm və hamımız əl-ələ verərək, qələbə üçün oynadıq. Doğrudan da, komanda yoldaşlarıma minnətdaram, halal olsun onlara.

0
0