Milli komandamıza 22 futbolçu dəvət olundu
11.07.2012 - 11:02
Azərbaycanın 15 yaşlılardan ibarət yığma komandası Qəbələdə təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Nikolay Adam iyulun 15-dək 21-dək keçirəcəyi hazırlıq prosesinə 22 futbolçuya dəvət göndərib. Bunlar Qara Qarayev ("Əlincə"), Kamran Əliyev, Yusif Cəfərov, Əmrah Bayramov (hamısı "Bakı"), Tural Osmanov, Sərxan Əhmədli, Rövlan Muradov, Oruc İsmayılov, İbrahim Qədiyev (hamısı “Neftçi”), Süleyman Süleymanov, Baxşəli Baxşəliyev, Turan Manafov, Azər İsmayılov, Fərid Nəbiyev, Coşqun Süleymanov, Fərid Əsədli, Elvin Dəmirov, Kənan Rəfiyev, Nurlan Quliyev, Kamil Akimov, Nihad Tamazov Nihad (hər ikisi "Qarabağ"), Yaşar Quliyevdir (“Turan”).
Mənbə: affa.az
Mənbə: affa.az
0
0