Avropada Adrian Pit rüzgarı
11.07.2012 - 11:18
Avropa Liqasının I təsnifat mərhələsinin baş tutan oyunlarından sonra UEFA-nın statistik göstəricilərində dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın Estoniya “Nomme Kalyu”su ilə cavab oyununda da ən yaxşılardan olan Adrian Pit artıq 3 göstərici üzrə Avropa Liqasının 10 ən yaxşısı sırasındadır. Rumıniyalı futbolçunu artıq yalnız qayda pozuntusu ilə dayandırmaq mümkün olur. Buna baxmayaraq Adrian qol ötürmələri və qapıya zərbələrlə də nümunədir.
*** Branimir Subaşiç 2-ci qolunu vurmaqla “İnter”li Baçana Sxadadzeyə çatdı. Meydanda daha çox dəqiqə keçirən serbiyalı liderdən 1 qol geridə olsa da ümumi siyahıda 13-cüdür. Sxadadze isə 4-cü pillədə yer alıb.
*** Adrian Pit 3-cü məhsuldar ötürməni verməklə ümumi siyahıda 3-cü pilləyə yüksəlib. Rumıniyalı liderdən 1 ötürmə geri qalır.
*** Qapıya zərbələrinin sayını 5-ə çatdıran Adrian Pit Azərbaycan təmsilçiləri arasında zirvəyə yüksəlib. Ümumi siyahıda liderdən 1 zərbə geri qalaraq 5-ci olan futbolçu 6-cı olan Georgi Adamiya ilə, 9-cu olan Baçana Sxadadzeni də geridə qoyub. “İnter”lilər müvafiq olaraq 4 və 3 dəfə qapını nişan alıblar.
*** Rahid Əmirquliyev və Eder Bonfim hərəyə 7 dəfə qayda pozuntusuna yol veriblər. Bununla da onlar müvafiq olaraq 6 və 7-ci yerlərdə qərarlaşıblar. Onlar “lider”dən 3 dəfə az qayda pozuntusuna yol veriblər.
*** Adrian təmsilçilərimiz arasında daha çox – 7 dəfə qayda pozuntusuna məruz qalıb. Bu göstəricidə qitədə 7-ci olan futbolçu liderdən 4 fol geri qalır.

0
0