Klublarımızın asan səfərləri
11.07.2012 - 12:50
Klublarımızın asan səfərləri
“Xəzər Lənkəran” avrokuboklarda səfər qələbəsi qazanan 6-cı Azərbaycan komandası olub. Apasport.az saytının məlumatına görə, cənublular Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme Kalyu” ilə Estoniyadakı qarşılaşmasında 2:0 hesabı ilə qalib gəlməklə buna nail olub.

Bu qələbə təmsilçilərimizin qitə miqyaslı turnirlərdə 12-ci səfər zəfəridir. “Xəzər Universiteti”nə (indiki “İnter”) Avstriyadakı oyuna əsasən verilən texniki qələbə nəzərə alınmaqla 6 komandamız 12 dəfə rəqib meydanlarını başıuca tərk edib. “Qarabağ” rekord sayda – 5, “İnter” 3 dəfə bunu bacarıb. “Neftçi”, “Bakı”, “Karvan” və “Xəzər Lənkəran” isə bunu 1 dəfə gerçəkləşdirib.

Estoniya klublarımızın 2 qələbə qazandığı 2-ci ölkə oldu. Bunadək yalnız Polşadan 2 komandamız zəfərlə dönmüşdü. Ümumilikdə isə 10 ölkədə Azərbaycan klubları qələbə əldə edib. Estoniya və Polşadan başqa İsrail, Avstriya, İslandiya, Slovakiya, Finlandiya, Çernoqoriya, Şimali İrlandiya və Litvada 1 dəfə belə hadisə qeydə alınıb.

Klublarımızın avrokuboklarda səfər qələbələri

1999/2000
İntertoto kuboku
20 iyun. “Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” - 1:2

2004/05
İntertoto kuboku
20 iyun. “Kazino-Breqents” (Avstriya) – “Xəzər Universiteti” - 0:3 (-:+)

2005/06
Çempionlar Liqası
20 iyul. “Hafnarfyordur” (İslandiya) - “Neftçi” - 1:2

2006/07
UEFA kuboku
27 iyul. “Spartak” (Trnava, Slovakiya) – “Karvan” - 0:1

2009/10
Avropa Liqası
3-cü seçmə mərhələ
30 iyul. “Honka” (Finlandiya) – “Qarabağ” - 0:1

2010/11
Çempionlar Liqası
2-ci seçmə mərhələ
21 iyul. “Lex” (Polşa) – “İnter” - 0:1 penaltilərlə 9:8
Avropa Liqası
2-ci seçmə mərhələ
15 iyul. “Portadaun” (Şimali İralandiya) – “Qarabağ” - 1:2
22 iyul. “Buduçnost” (Çernoqoriya) – “Bakı” - 1:2
3-cü seçmə mərhələ
29 iyul. “Visla” (Polşa) – “Qarabağ” - 0:1

2011/12
Avropa Liqası
1-ci seçmə mərhələ
30 iyun. “Banqa” (Litva) – “Qarabağ” - 0:4

2012/13
1-ci seçmə mərhələ
5 iyul. “Trans” (Estoniya) – “İnter” - 0:5
10 iyul. “Nomme Kalyu” (Estoniya) – “Xəzər Lənkəran” – 0:2