18 ildə 18-ci mərhələ
11.07.2012 - 13:16
18 ildə 18-ci mərhələ
“Xəzər Lənkəran” avrokuboklarda mərhələ keçən 7-ci Azərbaycan klubu kimi tarixə düşüb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” klubunu mübarizədən kənarlaşdıran cənublulara qədər yalnız 6 komandamız Avropada ən azı 1 addım irəliləmişdi.

Bu, ümumilikdə klublarımızın avrokuboklarda atdığı 18-ci addım olub. 1994-cü ildə qitə kuboklarında debüt edən Azərbaycan klubları arxada qalan 18 ildə 18 dəfə mərhələ adlamağı bacarıb. “Qarabağ” hamıdan çox – 8 mərhələni adlayıb. Onlar buna da hamıdan çox – 4 müxtəlif mövsümdə nail olub.

Azərbaycan klublarının avrokuboklarda keçdiyi mərhələlərin sayı
8 - “Qarabağ” – 1 (1999/2000), 2 (2009/10), 3 (2010/11), 2 (2011/12)
4 - “Neftçi” – 1 (2004/05), 1 (2005/06), 2 (2008/09)
2 - “İnter” – 1 (2004/05), 1 (2008/09)
1 - “Şəmkir” – 1 (2000/01)
1- “Karvan” – 1 (2006/07)
1 - “Bakı” – 1 (2009/10)
1 - “Xəzər Lənkəran” - 1 (2012/13)