“Bizə qapıçıdan çox hücumçu lazımdır” - MÜSAHİBƏ
11.07.2012 - 13:59
“Bakı”nın baş məşqçisi Novruz Əzimovun apasport.az saytına müsahibəsi
- Necə düşünürsüz, Avropa Liqasının oyunlarına istədiyiniz şəkildə hazırlaşa bilmisinizmi?
- Bildiyiniz kimi, I mərhələni Bakıda reallaşdırdıq. İkinci mərhələni Qəbələdə keçirməyi düşünsək də, hazırlığımızı paytaxtda davam etdirdik. Əsas gücü fiziki hazırlığın yüksəldilməsinə vermişdik. Üçüncü mərhələdə yoldaşlıq oyunları üstünlük təşkil edirdi ki, buna görə də Sloveniyaya üz tutduq. Düşünürəm ki, hazırlığı plana uyğun şəkildə həyata keçirə bildik. Sloveniyada üç oyun keçirməyi planlaşdırsaq da, 4 matçda gücümüzü sınadıq. Bu da zərurətdən irəli gəlirdi. İstəyirdik ki, çox oyun keçirək ki, yeni futbolçular bir-birini yaxşı tanısın, komandaya uyğunlaşa bilsin.
- Hazırlıq dövrü sırf Avropa Liqasının oyunları üçün nəzərdə tutulmuşdu?
- Bəli. Eyni zamanda bu hazırlıqla gələcəkdə Premyer Liqaya da köklənməli idik.
- Avrokuboklardakı rəqiblərimiz bilindikdən sonra, azarkeşlər və mütəxəssislər bu dəfə püşkün klublarımızın üzünə güldüyünü deyirdi. Amma “Bakı” ilk oyunda ümidləri doğrultmadı. Bunu nə ilə izah edə bilərsiz?
- Yoldaşlıq oyununda “Mura”nı 4:0 hesabı ilə məğlub etməyimiz əleyhimizə işləyən amillərdən idi. Onu da qeyd edim ki, həmin gün ən zəif oyunumuzu ortaya qoyduq. Halbuki yoldaşlıq oyunlarında belə zəif oynamamışdıq. İstək, əzmkarlıq aşağı səviyyədə idi. Ola bilsin, bəzi futbolçularda arxayınlıq yaranmışdı. Hansı ki, onlara dəfələrlə xəbərdarlıq etmişdik ki, yoldaşlıq matçında qarşılaşdığımız əsl “Mura” deyildi. Düzdür, rəsmi oyundakı futbolçulardan 10 nəfəri yoldaşlıq matçında da forma geyinmişdi. Amma onlar bir gün əvvəl “Maribor”la qarşılaşdıqdan sonra bizimlə oynamışdılar. Bilirdim ki, Sloveniya üçüncüsü olan bu komanda bizə qarşı eyn cür oynamayacaq.
- Artıq təhlillər aparmısız. Cavab oyununda nəyi düzəltməyə çalışacaqsız?
- “Mura”nın müdafiə xəttində həm təcrübəli, həm də hündürboylu oyunçular var. Denis Kramar və kapitan Fabian Çipotu nəzərdə tuturam. Matçdan əvvəl onları yerlə ötürmələrlə keçirməyin asan olacağını demişdim. Çünki onlar gec çevrilən, ağır oyunçular idi. Amma bunu edə bilmədik. Maris Verpakovskinin daha çox meydanda qalması da buna hesablanmışdı. Çünki o, divar ötürmələri zamanı daha dəqiq oynayır. Lakin Nurlan Novruzovda səhvlər çox olur, dəqiq oynaya bilmir. Cavab oyununda bundan faydalanmağa çalışacağıq. Sözsüz ki, rəqibin hücum xətti Bakıdakı kimi deyil, bu dəfə daha aqressiv oynayacaq. Onların neytrallaşdırılması da görməli olduğumuz ilk işlərdən biridir.
- İlk oyun zamanı lehimizə olan məqamlar var az deyildi. Məsələn, rəqibin yol yorğunu olması, meydan amili, azarkeş dəstəyi və s. Bunlardan istifadə edə bilməməyinizə görə təəssüflənirsinizmi?
- Bəli, bunlar faktdır. Amma rəqibin dincəlmək üçün vaxtı oldu. Bizim xeyrimizə olan başqa amillər var idi ki, razılaşıram, istifadə edə bilmədik. Əsas məsələ oyuna köklənməkdir. Biz bunu edə bilmədik. Kimsə bizi yorğunluqda qınaya bilər, lakin razılaşmıram. Yoldaşlıq oyunlarında Aqildən sonra 320 dəqiqə meydanda olan Denis İvanov və Kovaçeviç “Mura” ilə qarşılaşmanın ən yaxşılarından idi. Digərlərində ağırlıq hiss olundu, bu da psixoloji hazırlıqdan qaynaqlanırdı. Bunda tək baş məşqçi günahkar deyil. Bu istək futbolçunun da daxilindən gəlməlidir.
- Belə oyunlardan öncə psixoloqun komandaya dəvət edilməsi mümkün deyilmi?
- Bu vacib amildir. Gec-tez klublarımız bunu edəcəklər. Klub rəhbərliyinə bunun lazım olduğunu demişəm.
- Oyundan əvvəl əksəriyyət Aqil Məmmədov gənc olmasından və Avropa təcrübəsinin azlığından narahat idi. Necə düşünürsüz, o, ilk oyunda üzərinə düşəni edə bildimi?
- Onun oyunundan tam razı qalmadım. Sözsüz, səhvlər olacaq, bu qaçılmazdır. O, U-21-in heyətində beynəlxalq oyunlarda iştirak edib. Bundan başqa, əsas millinin heyətində meydana çıxmasa da, oyunları izləyib. Həmin atmosferi yaşayıb. Amma onun da inamlı olmasını arzulayır, inkişafdan qalmamasını istəyirəm.
- Bəs səfər oyunu öncəsi şansları necə dəyərləndirirsiz?
- Kim daha yaxşı hazırlaşsa, o da mərhələ adlayacaq. Düşünürəm ki, bunu biz edəcəyik.
- Yeri gəlmişkən, makedoniyalı qapıçı ilə müqavilə imzalamısız. Yeni qolkiper haqda nə deyə bilərsiz?
- İndidən bir söz deyə bilmərəm. Məşqlərdə yaxından izləməmişəm. Çünki ikitərəfli oyun oldu ki, qapıları Aqil və Sissoko qoruyurdu. O. ayrıca məşq edirdi. Pis olmamalıdır.
- Edilən transferləri yetərli saymaq olarmı?
- Cinah müdafiəçilərinə və hücumçuya ehtiyacımız var idi. Müdafiəçilər komandaya qoşuldu. Bizə hücumçu lazımdır. Əlbəttə, mərhələ adlasaq, futbolçularda da özünə inam artacaq. Bu gün bizə qapıçıdan çox hücumçu lazımdır. Uinston Parksın da yavaş-yavaş formaya düşdüyünü qeyd etməliyəm.

0
0