“İnter” növbəti mərhələdə - YENİLƏNİB
12.07.2012 - 21:57
“İnter” növbəti mərhələdə - YENİLƏNİB
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin növbəti cavab görüşləri keçirilib. Apasport.az saytının xəbərinə görə, təmsilçimiz "İnter" səfərdə darmadağın etdiyi “Trans”ı yenə məğlub edib.

Estoniya təmsilçisi üzərində 2:0 hesablı qələbə qazanan “bankirlər”in qollarını Slavço Georgiyevski və Nizami Hacıyev vurub. Bununla da növbəti mərhələyə adlayan “İnter” Yunanıstanın "Asteras Tripolis" klubu ilə qarşılaşacaq.



Avroliqa, I təsnifat mərhələsi
Cavab oyunları


12 iyul

"İnter" (Azərbaycan) - "Trans" (Estoniya) - 2:0
QOLLAR: Slavço Georgiyevski, 21, Nizami Hacıyev, 86
Baş hakim: Kevin Klansi
Baş hakimin köməkçiləri: Ceyms Bi, Stüart Stevenson
Dördüncü hakim: Brayan Kolvin (hamısı Şotlandiya)
Bakı. "Dalğa Arena" stadionu

“İnter”: Revaz Tevdoradze, Valeri Abramidze, Vladimir Levin, Slavço Georgiyevski, Asif Məmmədov (Daniel Genov, 86), Bryus Abdulaye, Arif Daşdəmirov, İbrahim Niasse, Ruslan Əmircanov, Giorgi Adamiya (Nizami Hacıyev, 76), Baçana Sxadadze (Tales Şütz, 60)

“Trans”: Vladimir Malkov, Sergey Kazakov, Vitali Qusev (İqor Ofsiyanikov, 84), Dmiriys Medeskis, Maksim Qruznov (Dmitri Borisov, 58), Aleksadrs Abramenko, Sergey Leontovits, Erik Qriqoryev, Stanislav Kitto, Aleksandrs Alekseyev, Alekseys Kuplovs-Oqinskis

İlk oyun – 5:0