Yuran yenidən Poşkusla bir komandada işləyəcək
12.07.2012 - 08:23
Rusiyanın “Sibir” klubunun baş məşqçisi Sergey Yuran Azərbaycandan tanıdığı futbolçunu yanına gətirir. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis “Simurq”u çalışdırdığı vaxtda rəhbərliyi altında oynayan litvalı hücumçu Robertas Poşkusa dəvət göndərib. Futbolçu sarıdan korluq çəkən I divizion təmsilçisinin çalışdırıcısı heyəti gücləndirə biləcək futbolçular arasında Rusiyanın bir sıra klublarında oynamış təcrübəli legioneri görür: “Litva yığmasının hücumçusu olan Poşkusa bel bağlayırıq. O, məndə Azərbaycanın “Simurq” klubunda oynayıb. Başqa bir sıra futbolçular da var ki, komandamızı gücləndirə bilərlər”.
Qeyd edək ki, Yuran ötən mövsüm 7 ay çalışdırdığı Zaqatala təmsilçisindən istefa verəndən az sonra Robertas da komanda ilə yollarını ayırdı.
Qeyd edək ki, Yuran ötən mövsüm 7 ay çalışdırdığı Zaqatala təmsilçisindən istefa verəndən az sonra Robertas da komanda ilə yollarını ayırdı.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0