“Rəvan” Hacıyevskinin sabiq komandasından üstün oldu
12.07.2012 - 08:50
“Rəvan” Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, türkiyəli Cevat Gülər Bakı klubunda baş məşqçi postunda qeyri-rəsmi debütündə Səudiyyə Ərəbistanın “Najran” klubuna 2:1 hesabı ilə qalib gəlib. “Rəvan”a qələbəni yeni transferi, argentinalı Xuan Manuel Vareanın dublu qazandırıb.
Qeyd edək ki, “Najran”ı ötən mövsüm ölkəmizdə işləmiş makedoniyalı mütəxəssis Qyoko Hacıyevski çalışdırır.
Qeyd edək ki, “Najran”ı ötən mövsüm ölkəmizdə işləmiş makedoniyalı mütəxəssis Qyoko Hacıyevski çalışdırır.
0
0