Millimizdən ardıcıl 2-ci qələbə – YENİLƏNİB
12.07.2012 - 18:00
Millimizdən ardıcıl 2-ci qələbə – YENİLƏNİB
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Sissi Raytın yetirmələri Bolqarıstan yığması ilə görüşüb.

Qəbələdə baş tutan qarşılaşma rəqiblərin ardıcıl 2-ci dueli olub. 2 gün əvvəl eyni məkanda keçirilən matçda 1:0 hesabı ilə qalib gələn millimiz bu dəfə də rəqibindən üstün olub. Yığmamız bolqarıstanlıları 4:2 hesabı ilə məğlub edib. Bolqarıstan komandasının qapısından topları Nigar Cəlilli, Maya Danqadze, Melis Sarıaltın və Jalə Məmmədova keçirib.

AZƏRBAYCAN – BOLQARISTAN - 4:2
Qəbələ. Şəhər stadionu