“Emil Mpenza ilk gündən bizə fayda verməyəcək”
12.07.2012 - 10:45
“Bu gün Emil Mpenza ilə yenidən danışacağıq . Onda biləcəyik ki, bizdən nə qədər pul istəyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Beveren” klubunun baş məşqçisi Dirk Gerarts deyib.
Mütəxəssis “Neftçi”nin sabiq futbolçusu Emil Mpenzanın komandasına keçidinin maliyyə məsələlərindən asılı olduğunu bildirib: “Bundan sonra biləcəyik ki, Mpenza bizə verə biləcəyinin qarşılığında nə tələb edir. Gün kimi aydındır ki, Emil ilk gündən bizə gözlənilən faydanı verməyəcək. Lakin bununla bağlı tələsmirik də. Neçə aydır oynamır, üstəlik, zədəlidir”.
Qeyd edək ki, 2010-cu ilin yayında “Neftçi”yə keçən Belçika yığmasının sabiq üzvü bu ilin əvvəlində klubun düşərgəsini tərk edib.

- “Beşiktaş”dan Salah açıqlaması: “Məsələ bizim üçün hələlik bağlanıb”
- DÇ-2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU - VİDEO
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
0
0