Portuqaliya yığması seçimini etdi
12.07.2012 - 15:11
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığması ev oyunlarını keçirəcəyi şəhərlərin və stadionların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilk ev oyununda rəqibi olan Azərbaycan yığması ilə sentyabrın 11-də matçı Braqa şəhərində “Munitsipal” stadionunda keçirəcəyini təsdiqləyən portuqaliyalılar arenalarla bağlı diqqəti çəkən seçim edib. Belə ki, Kriştianu Ronaldonun kapitanı olduğu yığma rəqiblərinin müxtəlif stadionlarda qəbul edəcək.
Bizdən sonra oktyabrın 16-da Şimali İrlandiya ilə matç Portudakı “Draqau”da olacaq. 2013-cü ildə Rusiya ilə oyun “Benfika”nın stadionunda – Lissabondakı “Da Luş”da, oktyabrın 11-də İsraillə duel “Joze Alvalade”də, oktyabrın 15-də Lüksemburqla görüş Koimbradakı “Sidad de Koimbra”da keçiriləcək.

0
0