Tanış rəqib: “Lex”lə 4-cü duel
12.07.2012 - 18:30
Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lex” komandası artıq 4-cü dəfə Azərbaycan təmsilçisi ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, indiyədək 3 komandamız bu klubla oyunlarda mübarizəni dayandırıb. Özü də həm “Xəzər Lənkəran”, həm də onun baş məşqçisi Yunis Hüseynov üçün “Lex” kifayət qədər tanışdır.
2004/05 mövsümündə yeni yaranan “Karvan”a bürünc medal qazandıran Yunis Hüseynov mövsüm bitən kimi baş məşqçi postundan ayrılmışdı. Klubda digər məsul vəzifəyə keçən mütəxəssisin Avropaya çıxardığı komanda qitə arenasında debütü məhz “Lex”ə qarşı etmişdi. İntertoto kubokunda sevinən polşalılar olmuşdu – 2:1, 2:0.
2008/09 mövsümündə isə daha nüfuzlu UEFA kubokunda “Lex”in yolu “Xəzər Lənkəran”la kəsişdi. Polşalılar bu dəfə də 2 qələbə qazandı – 1:0, 4:1.
2010/11 mövsümündə Çempionlar Liqasında Poznan təmsilçisi ilə oynamaq növbəsi “İnter”ə çatdı. Bakılılar evdə aldığı 0:1 hesablı məğlubiyyətin əvəzini rəqib meydanında çıxdı – 1:0. Lakin penaltilər seriyası “Lex”in qələbəsi ilə nəticələndi – 9:8.

0
0