“Qəbələ” Sloveniyaya 24 futbolçu ilə gedir
12.07.2012 - 18:05
“Qəbələ” Sloveniyaya 24 futbolçu ilə gedir
Yeni mövsümün hazırlıqlarının ilk mərhələsini doğma məkanda keçirən “Qəbələ” təlim məşq toplanışının ikinci hissəsini Sloveniyada keçirəcək. Apasport.az-ın klubun rəsmi internet saytına istinadən məlumatına görə, bu məqsədlə komanda sabah səhər saatlarında adıçəkilən ölkəyə yollanacaq. İyulun 27-ə kimi davam edəcək təlim məşq toplanışı müddətində “Qəbələ” 5 yoxlama oyununda gücünü sınayacaq. Komanda Sloveniyaya 24 futbolçudan ibarət heyətlə yollanır: Dieqo Koşta Silva, Anar Nəzirov, Elnar Kərimov, Vurğun Hüseynov, Nodar Məmmədov, Ürfan Abbasov, Şəhriyar Xəlilov, Murad Musayev, Muammer Erdoğlu, Deyan Kelhar, Elmar Baxşıyev, Rəşad Abdullayev, Yaşar Abuzərov, Aleksandr Çertoqanov, Rövşən Əmiraslanov, Rəşid Əmiraslanov, Kamal Mirzəyev, Seymur Əsədov, Daniel Kruz, Viktor Mendi, Bruno Da Silva, Luis Hilario Dodo, Yannik Kamanan, Amil Yunanov.