Sissi Rayt: Rəqibin bu oyun tərzinə uyğun şəkildə oynadıq
12.07.2012 - 18:35
“Qarşılaşmanın əvvəlində rəqib sərt oyun təklif etdi. Biz də müəyyən qədər rəqibin bu oyun tərzinə uyğun şəkildə oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt deyib.
Almaniyalı mütəxəssis Bolqarıstan yığması ilə yoldaşlı qoyunundakı 4:2 hesablı qələbəyə şərh verib: “Son 10 dəqiqəni yüksək səviyyədə keçirdiyimizi düşünürəm. Təbii ki, müəyyən çatışmazlıqlar var idi. Bununla belə, 4 qol vuraraq qələbə qazandığımız üçün çox sevinirəm».

0
0