Novruz Əzimov: Uduzmuşuqsa, mən də günahkaram
13.07.2012 - 00:29
Novruz Əzimov: Uduzmuşuqsa, mən də günahkaram
“Mən bu məğlubiyyətə görə çox məyusam. Sözsüz ki, uduzmuşuqsa, hamı kimi mən də günahkaram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Novruz Əzimov Avroliqada Sloveniyanın “Mura” klubu ilə oyundan sonra deyib. Turnirin I təsnifat mərhələsində səfərdə 0:2 hesabı ilə uduzan Azərbaycan kubokunun son qalibi bununla da mübarizəni dayandırdı.

Əzimovun sözlərinə görə, müdafiədə buraxılan səhvlər nəticəni müəyyənləşdirib: “Oyunda daha çox biz hücum etdik. Ancaq bir sıra səhvlərimiz rəqibin qələbəsi ilə nəticələndi. Futbolda məsuliyyət vacib olsa da, bunun öhdəsindən gələ bilmədik. Fikrimcə, oyuna düzgün taktika seçmişdik. Bunu həyata keçirə bilən meydanda idi. Sadəcə, istək və dəqiqlik çatmadı”.

Qeyd edək ki, bakılılar ilk oyunda evdə qolsuz bərabərlik etmişdi.