“İnter” – “Asteras” oyunu futbol tariximizə düşəcək
13.07.2012 - 00:41
“İnter”in Yunanıstanın “Asteras” klubu ilə Avroliqanın II təsnifat mərhələsində keçirəcəyi oyun Azərbaycan futbol tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, iyulun 19-da “Dalğa Arena”dakı matç avrokuboklar tarixində bu ölkənin təmsilçisi ilə ilk duelimiz olacaq. Belə ki, klublarımızın 1994-cü ildən başlayan qitə miqyaslı turnirində keçdiyi yolda heç vaxt yunanlar qarşısına çıxmamışdı. Bunu Estoniyanın “Trans“ klubunu I təsnifat mərhələsində kənarlaşdıran “İnter” gələn həftə reallaşdıracaq.
Özü də bürünc medalçımızın Narva təmsilçisi ilə duelindən fərqli bu dəfə ilk oyununun məkanında dəyişikliyə ehtiyac olmayacaq. Çünki onun kimi “Dalğa Arena”da oynayan “Bakı” mübarizəni dayandırdığından, iyulun 19-da ev matçları üst-üstə düşməyəcək. “İnter”in iyulun 26-da Yunanıstanda cavab oyunu bu ölkədə keçirəcəyimiz ilk avrokubok matçı olacaq.
Qeyd edək ki, milli komandamız 20 illik tarixində Yunanıstan yığması ilə seçmə mərhələdə nəinki bir qrupa düşməyib, yoldaşlıq görüşü də keçirməyib.

0
0