Yığmamızın futbolçusu Avropa Liqasında qol vurdu
13.07.2012 - 01:34
Yığmamızın futbolçusu Avropa Liqasında qol vurdu
Milli komandamızın hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu Latviyanın "Metallurq" klubu Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Vüqarın komandası öz meydanında San Marino təmsilçisi "La Fiorita" ilə qarşılaşıb.

İlk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən "Metallurq" bu dəfə daha böyük hesablı qələbə qazanıb. Rəqibini 4 cavabsız qolla məğlub edən Latviya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Səfərdə keçirilən oyundan fərqli, Vüqar bu görüşdə meydana çıxıb və komandasının sonuncu qoluna imza atıb. Matçın 79-cu dəqiqəsində oyuna daxil olan həmyerlimiz 7 dəqiqə sonra fərqlənib.