“Bakı”ya sürpriz hazırlamışdıq”
13.07.2012 - 01:53
“Mura” klubunun baş məşqçisi Frank Ciper Avropa Liqasının I təsnifat mərhələsinin “Bakı” ilə cavab matçından sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Sloveniya təmsilçisinin çalışdırıcısı oyuna ciddi hazırlaşdıqlarını bildirib: Matçın çətin keçəcəyini bilirdik. Çünki “Bakı” çox güclü komandadır. Həftəboyu bu oyuna ciddi şəkildə hazırlaşmışdıq. Heyətimizdə zədəli futbolçuların olmasına baxmayaraq, xarakter nümayiş etdirdik və qələbə qazandıq. “Bakı”nın gücünü əvvəldən bilirdik və onlara sürpriz hazırlamışdıq. Müdafiədə yaxşı oynadıq və iki şansımız oldu. Onlardan da düzgün istifadə etdik. “Bakı”ya ədalətli oyuna görə təşəkkürümü bildirirəm. MOİK-lə oyun haqda hələ düşünmürük. Bazar günü çempionatda oyunumuz var, onu düşünürük”.
0
0