“Bakı”nın faydasız “11-liy”i
13.07.2012 - 10:50
“Bakı”nın faydasız “11-liy”i
Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Mura” klubunun qonağı olan “Bakı” oyun ərzində müəyyən üstünlüyə malik olub. Apasport.az saytının məlumatına görə. UEFA tərəfindən hesablanan statistik göstəricilərdə 0:2 hesabı ilə uduzan təmsilçimiz rəqibindən heç də geri qalmayıb. Həm çərçivəyə, həm də ümumilikdə zərbələrdə üstün olan Novruz Əzimovun yetirmələri künc zərbələrində aşkar üstün olub – 11:1. Lakin bu “11-lik” fayda verməyib. Maraqlıdır ki, Bakıdakı oyunda da künc zərbələrində aşkar üstünlük var idi - 10:2.

Mura Bakı
2Qollar0
5Qapıya zərbələr6
4Qeyri-dəqiq zərbələr5
9Zərbələr11
1Künc zərbələri11
2Oyundankənar vəziyyət1
10Qayda pozuntuları16
3Sarı vərəqələr3
0Qırmızı vərəqələr0