“İnter” – “Trans”: Dəyişməz hesab
13.07.2012 - 11:09
“İnter” – “Trans”: Dəyişməz hesab
Bakının “İnter” klubu Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda da rəqibindən 1 baş üstün olub. Apasport.az saytının məlumatına görə, bakılılar Estoniyanın “Trans” klubu ilə ev matçında 2:0 hesabı ilə qalib gəlsə də, bu meydanda baş verənləri tam əks etdirməyib. Belə ki, Kaxaber Sxadadze yetirmələri qapı istiqamətində zərbələrdə 12 qat üstünlük əldə edib – 24:2. Maraqlıdır ki, ötən həftə Estoniyadakı qarşılaşmada da zərbələrin hesabı 24:2 olmuşdu.

İnter  Trans
2Qollar0
9Qapıya zərbələr2
15Qeyri-dəqiq zərbələr0
24Zərbələr2
8Künc zərbələri0
3Oyundankənar vəziyyət0
9Qayda pozuntuları9
0Sarı vərəqələr0
0Qırmızı vərəqələr0