“Lex” - “Xəzər Lənkəran” matçının başlama saatı bilindi
13.07.2012 - 11:01
“Lex” - “Xəzər Lənkəran” matçının başlama saatı bilindi
“Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə səfər matçının başlama saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun yetirmələri rəqibləri ilə cavab görüşünü iyulun 26-da Bakı vaxtı ilə saat 23:00-da keçirəcəklər.

Qarşılaşma Poznanın “Munisipal” stadionunda olacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lex” görüşü iyulun 19-da saat 20:00-da başlayacaq.