“Xəzər Lənkəran”ın oyununda güzəştli biletlər
13.07.2012 - 11:33
Avroliqanın II təsnifat mərhələsində “Lex” - “Xəzər Lənkəran” matçının biletlərinin qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 16-dan satışa çıxarılacaq biletləri matç gününə (26 iyul) kimi almaq mümkündür.
Görüşü stadiondan izləmək istəyən azarkeşlər sektorlara görə 25-50 zlot (5,71-11,41 manat) aralığında xərcə düşəcəklər. 5 yaşa kimi uşaqlar üçün “Xəzər Lənkəran”ın oyununa baxmaq pulsuz olacaq. 13-26 yaşlı fanatlar 25, 13 yaşadək və 65 yaşdan yuxarı futbolsevərlər isə 50 faiz güzəştlə bilet alacaqlar.

0
0