“İnter”lə oyunda komandama tam kömək edə bilməyəcəm”
13.07.2012 - 12:19
 “İnter”lə oyunda komandama tam kömək edə bilməyəcəm”
“Biz bilirik ki, “İnter” ölkəsinin ən yaxşı komandalarından biridir. Fikrimcə, bizim klub da mövsümə yüksək səviyyədə hazırlaşıb və biz onlara qarşı oyun göstərə biləcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Yunanıstan “Asteras” klubunun futbolçusu Mixail Fraqoulakis deyib.

O, Avroliqanın II təsnifat mərhələsində Bakının “İnter” komandası ilə oyunda şanslarını yüksək qiymətləndirib. Tripoli təmsilçisinin yeni transferi olan 29 yaşlı yarımmüdafiəçisi Azərbaycan çempionatının bürünc mükafatçısı ilə oyunda komandasına tam kömək edə bilməyəcəyini də açıqlayıb: “3 həftə hazırlıq keçən kluba yeni qoşulmuşam. Bu üzdən uyğunlaşmaq barədə danışmaq tezdir. Düşünürəm ki, 1-2 həftəyə tam hazır olacam. Son vaxtlar fərdi hazırlıq keçmişəm”.

Qeyd edək ki, Fraqoulakis “Asteras”a “Erqotelis”dən az öncə transfer olunub.