İsveçrə yığmasının futbolçusu “İnter”də
13.07.2012 - 14:45
İsveçrə yığmasının futbolçusu “İnter”də
Transfer çalışmalarını davam etdirən "İnter" daha bir futbolçunun keçidinə yaxındır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırda komanda isveçrəli mərkəz müdafiəçisi Haynz Barmettlerlə danışıqlar aparır. 2006-cı ildən vətənində "Sürix" klubunun şərəfini qoruyan Barmettler yığmasının heyətində də 1 oyun keçirib. Tərəflər razılığa gəldiyi təqdirdə futbolçu "İnter"lə müqavilə imzalayacaq.