“İnter”in Avropa Liqasındakı rekordları
13.07.2012 - 16:36
“İnter”in Avropa Liqasındakı rekordları
Avropa Liqasının I təsnifat mərhələsinin komandalar üçün göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları bəzi göstəricilərdə “Top-10”a daxil olub. “İnter” turnirin 6 rekordunun müəllifidir ki, bu göstəricilərdə ən yüksək nəticəyə ya malik, ya da şərikdir.

Qollar: “İnter” – 7, “Xəzər Lənkəran” – 4, “Bakı” – 0
“İnter” Avropa Liqasında 7-ci göstəriciyə imza atıb. Bakılılar rəqibi Estoniya “Trans”ını sonuncu pilləyə göndərib.

Buraxılan qollar: “İnter” – 0, “Xəzər Lənkəran”, “Bakı” - 2
“İnter” Avropa Liqasında ən yaxşı nəticəyə şərik olub. Onlar 15 komandadan biridir ki, 2 oyunda qol buraxmayıb.

Sarı vərəqələr: “İnter” – 0, “Bakı” - 4, “Xəzər Lənkəran” – 5
“İnter” 4 komandadan biri olub ki, I təsnifat mərhələsini cəzasız bitirib.

Çərçivəyə zərbələr: “İnter” – 21, “Xəzər Lənkəran” – 17, “Bakı” – 11
“İnter” Avropa Liqasında yalnız Gürcüstan “Metallurq”undan geri qalır. Gürcülər Kaxaber Sxadadzenin yetirmələrini 1 zərbə qabaqlayır. “Xəzər Lənkəran” Avropa Liqasında 8-ci göstəriciyə malikdir. Onlar bu mövqeni digər 3 komanda ilə bölür.

Qeyri-dəqiq zərbələr: “İnter” – 27, “Xəzər Lənkəran” – 18, “Bakı” – 14
“İnter” ən yaxın izləyicisini 5 zərbə qabaqlayaraq mütləq rekordun müəllifidir. “Xəzər Lənkəran” isə daha 2 komanda ilə 10-cu yerə şərikdir.

Zərbələr: “İnter” – 48, “Xəzər Lənkəran” – 35, “Bakı” – 25
Avropa Liqasının mütləq rekordçusu “İnter” ən yaxın izləyicisindən 8 zərbə öndədir. “İnter”in rəqibi “Trans” isə 4 zərbə ilə buna ən az nail olan 2-ci komanda adına 2 şərikdən biridir.

Oyundankənar vəziyyət: “Xəzər Lənkəran” – 1, “Bakı” – 5, “İnter” – 9
“Xəzər Lənkəran” ən az ofsayda düşən 5 komandadan biridir. Bu “5-lik” oyundankənar vəziyyətə düşməyən yeganə komandadan geri qalır. Bu isə “İnter”lə matçlarda hücum etməyə belə çətinlik çəkən “Trans”dır.

Künc zərbələri: “Bakı” – 21, “Xəzər Lənkəran” – 13, “İnter” – 12
“Bakı” yalnız Norveç “Rusenborq”undan 1 dəfə az künc zərbəsi yerinə yetirməklə turnirdə 2-cidir.

Qayda pozuntuları: “İnter” – 0, “Bakı” - 4, “Xəzər Lənkəran” – 5
“İnter” ən az qayda pozan 5-ci komanda adına 2 şərikdən biridir.

Cərimə qazanıb: “Xəzər Lənkəran”, “Bakı” – 31, “İnter” – 18
Komandalarımıza qarşı qayda pozuntuları rekord həddə olmayıb.