Rəqibimiz Fabio Kapello ilə müqavilə imzalayır
13.07.2012 - 17:26
Rəqibimiz Fabio Kapello ilə müqavilə imzalayır
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması özünə yeni baş məşqçi tapıb. Apasport.az saytının məlumatına görə, hazırda Moskvada olan italiyalı Fabio Kapello ilə razılıq əldə olunub. Onunla müqavilə gələn həftə imzalanacaq. Kapello DÇ-2014 başa çatana kimi bu postda qalacaq. Rusiya Futbol İttifaqının rəhbərliyi də danışıqların getdiyini təsdiqləyib: “Kapello vicdanla çalışmağa, Rusiyada yaşamağa hazırdır. Həm də o fantastik pullar istəmir”.