Ölkə kubokunun qalibinin 8 azarkeşi öldürüldü - FOTO
13.07.2012 - 17:53
Braziliya kubokunun bayram edilməsi faciə ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Palmeyras”ın bu uğuru San-Pauluda qeyd etməsi zamanı 8 azarkeş güllələnib.
Cinayətkarlar atəşi tədbirin ən maraqlı zamanında açıblar. Belə ki, fişənglərin göyə buraxılması zamanı onlar silahlarını işə salıblar ki, bu da səsi boğub. İlkin olaraq, 9 nəfər yaralanıb və onlardan 1-inin həyatını xilas etmək mümkün olub. Polis hesab edir ki, cinayətkarların “Palmeyras” azarkeşləri ilə heç bir bağlılığı yoxdur.
Qeyd edək ki, “Palmeyras” finalda “Kuritubu”ya 3:1 hesabı ilə qalib gəlib.

0
0