“İnter”in oyununda danimarkalı hakim
14.07.2012 - 10:42
“İnter”in oyununda danimarkalı hakim
Bakının “İnter” klubunun Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Yunanıstanın “Asteras” klubu ilə səfər matçını danimarkalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Lars Kristoferson olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.