81 yaşlı debütant
14.07.2012 - 15:00
“İnter”in Avroliqada növbəti rəqibi olan Yunanıstan “Asteras” klubu avrokubokların debütantıdır. Apasport.az saytının məlumatına görə, Tripoli şəhərinin təmsilçisi 1931-ci ildə yaradılsa da, iddialı olmayıb. Təsadüfi deyil ki, komanda ölkəsinin Superliqasında cəmi 6 mövsüm keçirib. “İnter”in rəqibi ən yaxşı göstəricisi ötən mövsümdə tutduğu 6-cı yer olub. Yunanlar bundan öncəki mövsümdə - 14-cü pilləni tutub.
“Asteras” 2007-ci ildə II liqanın qalibi kimi Superliqaya çıxıb. O, bundan öncəki illərdə III və IV liqanın çempionu olub. Rəqib Superliqada 6, II liqada 3, III liqada 2, IV liqada 5 mövsüm keçirib.
Tripoli klubunun baş məşqçiləri arasında yerli mütəxəssislərlə yanaşı, əcnəbilər də olub. Bunlar arasında ən tanınmışı ötən mövsüm “Beşiktaş”ı çalışdıran portuqaliyalı Karlos Karvalhaldır. Ancaq o, komandanın başında cəmi 5 ay – 2008-ci ilin iyunundan noyabrına kimi olub. Ötən ilin yanvarında yunan Vanqelis Vlaskosun gedişindən sonra isə baş məşqçi postunda 3 nəfər yer alıb. Bunlar Pavlos Dermitzakis, ispaniyalı Oskar Fernandes və hazırda komandanı çalışdıran Sakis Tsiolisdir.
Rəqibin heyətini əsasən yerli futbolçular təşkil etsə də, legionerlər də var. Bunlar arasında ispanlar çoxluq təşkil edir. Onlardan ən tanınmışı olan müdafiəçi Xuanito vətənində “Malaqa”, “Alaves”, “Real Sosyedad”, “Almeriya”da oynayıb.
Qeyd edək ki, Yunanıstan təmsilçisi ev oyunlarını 7500 tutumluq “Asteras Tripolis” stadionunda keçirir.

0
0