Rəqibimiz üçün növbəti mərhələ
14.07.2012 - 12:48
Rəqibimiz üçün növbəti mərhələ
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması boş qalan baş məşqçi postu ilə bağlı məsələni iyulun 17-də həll edə bilər. Apasport.az saytının məlumatına görə, həmin gün italiyalı baş məşqçi Fabio Kapello ilə danışıqlar yekunlaşacaq. 2 illik anlaşma haqda razılıq əldə olunan 66 yaşlı mütəxəssis iyulun 16-da Rusiya paytaxtı Moskvaya gələcək. Ertəsi gün Rusiya Futbol İttifaqı ilə Kapello arasında danışıqların növbəti – sonuncu mərhələsi baş tutacaq.