Premyer Liqanın püşkü atıldı
14.07.2012 - 11:41
Premyer Liqanın püşkü atıldı
Bu gün Azərbaycan Premyer Liqasının 2012/13 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının keçirdiyi tədbirdə qurum rəhbərliyi və Premyer Liqa klublarının nümayəndələri iştirak edib.

Püşkatmada Premyer Liqanın təqvimi müəyyənləşib. Artıq ilk turun cütləri dəqiqləşib.Son ölkə çempionu “Neftçi” ilə kubokun qalibi “Bakı” Superkubokda qarşılaşmasa da püşk ilk turda onları üz-üzə qoyub. Bu görüşlə yanaşı “İnter”lə “Qarabağ”ın dueli də ilk tura təsadüf edəcək.

4-5 avqust

"Neftçi" - "Bakı"
"Rəvan" - "Xəzər Lənkəran"
"İnter" - "Qarabağ"
"Sumqayıt" - AZAL
"Kəpəz" - "Turan"
"Simurq" - "Qəbələ"