Yığmamızın rəqibi üçün Panama
14.07.2012 - 12:17
Yığmamızın rəqibi üçün Panama
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığması avqustun 14-də növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, rəqibimizin qarşılaşacağı komanda müəyyənləşib. Paulu Bentunun yetirmələri Panama millisi ilə görüşəcək. Matç Alqarve stadionunda baş tutacaq. Bu arena “Farense” klubunun stadionudur.