“Neftçi” üçün çətin olacaq”
14.07.2012 - 12:34
“Avstriyadakı təlim-məşq toplanışında “Neftçi”nin oyununu izləmişəm. Ötən mövsümlə müqayisədə heyətində böyük dəyişikliklər olub. Yalnız qapı və müdafiə xətti istisnadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gürcüstanın “Zestafoni” klubunun baş məşqçisi Georgi Çebiaşvili deyib.
Gürcüstanlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları “Neftçşi” haqda fikirlərini açıqlayıb: “Onların yeni komandası var. “Neftçi”nin heyətində çox sayda legioner var, hücumda böyük potensiala malikdirlər. Bizim “Neftçi” üzərində üstünlüyümüz var. Çünki biz komanda kimi formalaşmışıq, neçə illərin komandasıyıq. Onlar üçün isə qısa müddətdə komanda qurmaq çətin olacaq. Ustalıq səviyyəsində isə fərq görmürəm. Mərhələ keçmək şansları da bərabərdir. Lakin biz çempionuq və çempion olduğumuzu “Neftçi”yə də göstərməliyik”.

0
0