“İnter” trenajor zalından “Dalğa Arena”ya
15.07.2012 - 08:37
“İnter” trenajor zalından “Dalğa Arena”ya
“İnter” Avroliqanın II təsnifat mərhələsində Yunanıstanın “Asteras” klubu ilə oyuna hazırlığa başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, I mərhələdə yendiyi Estoniyanın “Trans” klubu ilə oyundan sonra 1 gün istirahət edən “bankirlər” məşq prosesini "Şəfa" stadionunun trenajor zalında açıb. Bu gün isə komanda yunanlarla üzləşəcəyi "Dalğa Arena" stadionunda iki dəfə məşqə çıxacaq.

Qeyd edək ki, "İnter"-"Asteras" matçı iyulun 19-da baş tutacaq. Görüş saat 21.00-da başlayacaq oyununn baş hakimi danimarkalı Lars Kristoffersen olacaq.