“Zestafoni”nin iştirak ərizəsində 10 yarımmüdafiəçi yer alıb
15.07.2012 - 12:28
“Zestafoni”nin iştirak ərizəsində 10 yarımmüdafiəçi yer alıb
“Neftçi”nin Çempionlar Liqasında rəqibi olan Gürcüstanın “Zestafoni” klubunun iştirak ərizəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Georgi Çiabrişivilinin sərəncamında 24 futbolçu var. Rəqibimizinn heyətində daha çox yarımmüdafiəçi yer alıb – 10 nəfər. Əvəzində cəmi 3 hücumçu sifariş edən “Zestafoni”nin heyətində “Neftçi”nin tanış futbolçular var. Belə ki, Zurab Mamaladze ilə Tornike Aptsiaru “Qəbələ”nin, Teymuraz Qonqadze “Simurq”un heyətində indiki rəqibinə qarşı oynayıb.

Qapıçılar: 12. Zurab Mamaladze, 89. Roin Kvasxvadze, 90. Kaxaber Meşveliani

Müdafiəçilər: 2. Teymuraz Qonqadze, 3. Tornike Qriqalaşvili, 4. Edik Sadjaya, 5. Mamuka Kobaxidze, 6. Tedore Qriqalaşvili, 20 Zaal Eliava, 30. Malxaz Qaqoşidze, 33. Georgi Kaçkaçişvili

Yarımmüdafiəçilər: 7. David Rajamaşvili, 8. Şota Babunaşvili, 9. Tornike Qorqiaşvili, 13. Aleks Benaşvili, 14. Levan Şarikadze, 18 Zurab Menteşaşvili, 21. Mixail Sardalişvili, 27. Luka Ququçiya, 28. Quram Samuşiya, 55. Tornike Aptsiauri

Hücumçular: 10. Davud Mucuri, 11. Jaba Dvali, 80. Abayomi Şeun
Qeyd edək ki, “Zeastafoni” “Neftçi” ilə ilk oyunun iyulun 17-də səfərdə, cavab matçını 24-də evdə keçirəcək.
0