Avropa çempionatının bombardirinin anası xadimə işləyir
15.07.2012 - 17:24
Avropa çempionatının bombardirinin anası xadimə işləyir
Son Avropa çempionatının bombardirlərindən olan İtaliya yığmasının futbolçusu Mario Balotellinin anası Roza Barvua xadimə işləyir. Apasport.az saytının məlumatına görə, ildə milyonlarla pul qazanan hücumçunun anası Mançesterdki ofislərin birinə bu işə düzəlib.

Mario Qanadan olan kasıb ailənin – Tomas və Rozanın övladıdır. Onun 2 yaşı ilanda tez-tez xəstələndiyi zamanı İtaliya hökumətinin təkidi ilə zəngin Balotelli ailəsinin himayəsinə verilib. İndi futbolçu həftədə 120 min funt sterlinq qazanır, şəhərdə dəbdəbəli evi var, komandanın məşqinə isə bahalı “Bentli” markalı avtomobildə gedir.

Ancaq göründüyü kimi, onun doğma anası tam başqa şəraitdə yaşayır. Roza yaxında qızı ilə İtaliyadan Mançesterə köçüb. Ancaq Mario onunla eyni şəhərdə yaşayan anasını nadir hallarda baş çəkir. İlk vaxt supermarketdə malları rəflərə düzən kimi işləyən ana indi ofisdə döşəməni yuyacaq. O, oğlundan fərqli işə avtobusla yollanır.
0