“Özümü yaxşı hiss edirəm və “Xəzər Lənkəran”a qarşı oynamağa hazıram”
19.07.2012 - 09:19
Polşanın “Lex” klubunun qapıçısı Kristofer Kotorovski Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la bugünkü səfər oyunu öncəsi durumuna aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, bunadək Lənkəran klubu və “İnter”lə avrokubok matçlarında iştirak edən təcrübəli qapıçının son günlərdə əzələ dartmağı ilə bağlı problemi yaranıb. Bu müddətdə fərdi çalışan polşalı artıq probleminin arxada qaldığını bildirib: “Mən özümü yaxşı hiss edirəm və oynamağa hazıram. Bu, Azərbaycana 3-cü səfərimdir. Dəyişən odur ki, bunadək Bakıdakı stadionda oynamışdıq. Ancaq indi Lənkərandayıq və buradakı stadionda meydana çıxacağıq. Mən həmçinin havadan təəccüblənmədim. Burada çox isti hava və yüksək rütubət gözləyirdim və bu, həqiqətən də var”.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0