1 zərbə, 1 qol
20.07.2012 - 10:46
Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “İnter” – “Asteras” oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Yunanıstan təmsilçilərinin oyununda qonaqlar daha üstün olub. 1:1 hesabı ilə bitən qarşılaşmada yunanıstanlılar həm qapı istiqamətində, həm çərçivəyə zərbələrdə, həm də künc zərbələrində öndə olub. Maraqlıdır ki, Kaxaber Sxadadzenin yetirmələri çərçivəyə cəmi 1 zərbə endirib. Bu da qolla nəticələnib.
| İnter | Asteras | |
|---|---|---|
| 1 | Qollar | 1 |
| 1 | Qapıya zərbələr | 6 |
| 1 | Qeyri-dəqiq zərbələr | 3 |
| 2 | Zərbələr | 9 |
| 4 | Künc zərbələri | 6 |
| 3 | Oyundankənar vəziyyət | 2 |
| 15 | Qayda pozuntuları | 9 |
| 3 | Sarı vərəqələr | 1 |
| 0 | Qırmızı vərəqələr | 0 |
0
0