“Neftçi” üçün qazaxıstanlı
22.07.2012 - 23:03
"Neftçi"nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstan çempionu "Zestafoni"yə qarşı keçirəcəyi cavab matçının baş hakimi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, David Abaşidze adına stadionda baş tutacaq qarşılaşmanı qazaxıstanlı referi Artyom Kuçin idarə edəcək.
Qeyd edək ki, iyulun 24-də keçiriləcək "Zestafoni" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan oyunda komandamız 3:0 hesabıyla qalib gəlib.
Qeyd edək ki, iyulun 24-də keçiriləcək "Zestafoni" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan oyunda komandamız 3:0 hesabıyla qalib gəlib.
0
0