Fərid Quliyev “Sumqayıt”a lazım olmadı
22.07.2012 - 23:14
2012/2013 mövsümünə hazırlaşan "Sumqayıt" artıq Türkiyənin Nevşehir bölgəsindədi. Apasport.az saytının xəbərinə görə, komanda "Avrasiya" otelinin meydançasında ilk məşqinə də çıxıb.
Bernard Raabın komandası qardaş ölkədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 24-də baş tutacaq görüşdə sumqayıtlılar "Kayseri Ərciyyəspor"la üz-üzə gələcək. Komanda iyulun 26-da isə "Ankaragücü" ilə qüvvəsini sınayacaq, son yoxlama oyununu isə 2 gün sonra daha bir Bank Asiya təmsilçisi "1461 Trabzon"a qarşı keçirəcək.
Ötən həftə "Sumqayıt" həm də bir müddət öncə müqavilə bağladığı futbolçudan gözlənilmədən imtina etməsi ilə yadda qaldı. Belə ki, "gənclik şəhəri"nin təmsilçisi son klubu "Neftçi" olan Fərid Quliyevin xidmətindən yararlanmağı lazım bilmədi. Halbuki premyer-liqanın sabiq bombardiri komandaya böyük ümidlərlə gətirilmişdi.
Lakin onun hazırlıq səviyyəsi Raabı razı salmayıb. Odu ki, futbolçu düşərgədən kənarlaşdırılıb və onunla müqavilə pozulub.

0
0