“Sumqayıt”dan 6 cavabsız qol
27.07.2012 - 10:36
“Sumqayıt”dan 6 cavabsız qol
2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bernhard Raabın yetirmələri "Kayserispor"un A2 komandası ilə qarşılaşıb.

Türkiyə təmsilçisindən üstün oyun nümayiş etdirən sumqayıtlılar 6:0 hesabı ilə qələbə qazanıblar. Kayseri təmsilçisinin heyətində "Kayserispor"un əsas komandasının 3 üzvü də iştirak edib. Sabir Allahquliyev və Ruslan Qurbanovun dubl etdiyi görüşdə Slavik Alxasov və Pərdis Fərcad-Azad hərəyə 1 dəfə fərqlənib.

Qeyd edək ki, "Sumqayıt" növbəti yoxlama oyununu iyulun 28-də "1461 Trabzon"a qarşı keçirəcək.