“Live Your Goals” start götürür
27.07.2012 - 11:02
“Live Your Goals” start götürür
Bu gün Şəkidə FİFA-nın bayrağı altında AFFA tərəfindən qızlar üçün “Live Your Goals” (Öz məqsədini yaşat) festivalı keçiriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizdə qadın futbolunun təbliğinin gücləndirilməsi, qızların bu idman növünə həvəsləndirilməsi məqsədilə keçirilən tədbirdə çoxsaylı azarkeşlərin və mətbuat nümayəndələrinin iştirakı gözlənilir. Festival saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu, sayca 4-cü “Live Your Goals” festivalı olacaq. İlk dəfə bu ilin martında AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilmiş festival daha sonra apreldə Zaqatala, iyunda isə Quba Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.

Mənbə: affa.az