Elnur Allahverdiyev: Elə qol buraxdıq ki...
27.07.2012 - 11:16
“Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyev Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Poznanda “Lex”ə 0:1 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- Komandanız artıq avroliqada mübarizəni dayandırdı. Oyun barədə nə deyə bilərsiniz?
- Lənkərandakı ilk qarşılaşmada 1:1 hesablı bərabərliyə qaldığımızdan, Poznanda itirəcəyimiz heç nə yox idi. Polşaya qələbə üçün gəlmişdik, buna inanırdım. Uduzmaq istəməzdik, amma... Fikrimcə, yaxşı oynadıq. Həqiqətən də, “Lex” keçiləsi rəqib idi.
- Bəs “Lex”i mübarizədən kənarlaşdırmağa mane olan nə idi?
- Uşaqlarda inamın olmamağı. Çünki səfərdə “Lex”i keçməyə inanmırdılar. Amma ev oyununda buna ümidimiz böyük idi. Bununla yanaşı, təcrübəsizlik də rol oynadı. Bəzi futbolçularda bu sarıdan çatışmazlıq var idi və bu da sözünü dedi.
- Rəqib hesabı ev tapşırığından sonra vurdu. Buraxılan qolda kimi günahlandırardınız?
- Elə qol buraxdıq ki... Hamının günahı oldu. Kiminsə günahkar olduğunu demək istəməzdim. Qol epizodunda birinci səhv orta sahədən başladı. Amma top qapıdan keçirsə, deməli, müdafiənin də günahı var.
- Belə demək olarmı ki, 15-ci dəqiqədə buraxılan qol komandanı “sındırdı”?
- Yox, elə düşünmürəm. Əksinə, bilirdik ki, 1 qol vursaq hesab 1:1 olacaq və matç əlavə vaxta gedəcək. Ümidimizi itirmirdik, çünki hesab 1:0 idi. Əgər onlar 2 və ya 3 qol vursaydılar, bizi “sındırdıqları”nı demək olardı. Qol vuracağımıza inanırdıq, amma alınmadı. Yaxşı qol vəziyyətləri də yaratdıq. Rəqib isə yaratdığı imkandan bəhrələndi.
- Sizin üçün “Lex”in hansı futbolçusuna qarşı oynamaq çətin idi?
- Mən hər bir oyunçuya həmişə ciddi yanşamışam. Amma pis çıxmasın, “Lex”in hücumçularından da yaxşı futbolçulara qarşı oynamışam. Deməzdim ki, çətin nəsə oldu. Oynamaq mənim borcumdur. Bundan sonra da çalışacağam ki, yalnız yaxşı oyun göstərəm.
- Qarşılaşma başa çatdıqdan sonra baş məşqçi Yunis Hüseynovun sizə sözü nə oldu?
- Futbolçulara dedi ki, bir qədər inamınız olsaydı, mərhələni keçərdik. Mən də onun sözü ilə razıyam. Çünki hamı “Lex” çox şişirtmişdi. Meydana çıxıb 90 dəqiqə oynayırsan, kim güclüdürsə, o da qalib gəlir.
- Qarşıdan Premyer Liqanın yeni mövsümü gəlir. Bu heyətlə çempionatda nəyə ümid etmək olar?
- Düzdür, heyətimiz bir qədər kiçikdir. Avroliqada bilirdik ki, 2 oyundur yığışıb birini evdə, birini səfərdə oynayacağıq. Amma çempionat uzun marafondur. Çox istərdim ki, heyətə minimum 4-5 futbolçu qoşulsun. Çünki Allah eləməsin 1-2 futbolçumuz zədələnsə, bundan sonra çətin olacaq.

0
0