“Xəzər Lənkəran”dan çox qorxurdum”
27.07.2012 - 11:30
“Xəzər Lənkəran”dan çox qorxurdum”
“Əlbəttə, çox çətin oyun idi. Ən böyük mükafatımız isə “Xəzər Lənkəran” səddini keçmək oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Hubert Volakieviç deyib.

27 yaşlı universal müdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunundakı 1:0 hesablı qələbəyə sevindiklərini gizlətməyib: “Etiraf edim ki, “Xəzər Lənkəran”dan çox qorxurdum. Amma yaxşı ki, erkən qol vura bildik. Düzdür, ikinci qolu vursaydıq, lap yaxşı olardı. Bu bir az sakit oynamağa imkan verərdi. Lakin Lənkərandakından daha yaxşı oynayıb, istəyimizə çatdıq”.