Georgi Nikolov: Ona yazığım gəldi - MÜSAHİBƏ
27.07.2012 - 13:35
“İnter” klubunun prezidenti Georgi Nikolovun müsahibəsi
- Səfərdə “Asteras”ı məğlub edə bilməməyinizin səbəbini nədə görürsünüz?
- Məncə, yunanların bəxti daha çox gətirdi. Bundan başqa, cərimə meydançasında son nöqtəni qoya bilmirdik. Oyunu “Asteras”ın prezidenti ilə birlikdə canlı izləyirdim. Matçdan sonra o mənə dedi ki, bu görüş 5 il ərzində izlədiyi ən gözəl oyunlardan biridir. Bəlkə də bizə kompliment söylədi.
- Əsas vaxtın sonlarına qədər 0:1 hesabı ilə məğlub durumda idiniz. Şutsun qoluna qədər yəqin ki, hər şeyin bitdiyini fikirləşirdiniz.
- Sözün açığı, Yunanıstana getməzdən öncə də içimdə xoş bir hiss vardı. Fikirləşirdim ki, biz onları nəyin bahasına olursa-olsun mərhələdən kənarlaşdıracağıq. Hətta növbəti rəqibimiz portuqaliyalılar haqda da düşünürdüm. Lakin Şutsun qoluna qədər hesabı bərabərləşdirəcəyimizi fikirləşirdim. Bundan sonra da, əlavə vaxtda lazım olan qolu vurub, yunanları məğlub edəcəyimizi gözləyirdim.
- Oyunun əsas və əlavə edilmiş vaxtında heç bir tərəf qalib olmadı. Belə olacağını qabaqcadan zənn edirdiniz?
- Çox təəssüflər olsun ki, belə alındı. Məncə, oyunun penaltilər seriyasına qədər uzanmasına imkan vermək lazım deyildi. Əsas və ya əlavə edilmiş vaxtda nəticə qazanmaq lazım idi. Bəli, qol vurmaq üçün bir çox şanslarımız oldu. Penaltilər seriyasını ən pis yerinə yetirən Slavço Georgiyevski oldu. Çünki o, topu qapıya deyil, göyə vurdu.
- Fiziki baxımından futbolçularınızın zəif olduğunu söyləmək olarmı?
- Xeyr, əksinə fikirləşirəm. Peşəkar məşqçimizin fikri ilə bizim futbolçuların fiziki ehtiyatı yunanlarınkından çox idi. Sadəcə, bizim futbolçularımız oyunda sonluğu qoya bilmirdilər.
- Ola bilərmi ki, Georgiyevskinin penaltini göyə vurması digər futbolçulara da psixoloji təsir göstərdi?
- Deyirlər ki, penaltilər seriyası lotoreyadır. Mən isə bunu "Rus ruletkası" adlandırardım. Meydanda ən yaxşılarından olan Georgiyevskinin penaltini qaçırması çox üzücü oldu. Mənim Slavçoya yazığım gəldi. Çünki buna layiq deyildi. Deməzdim ki, Slavçonun vura bilməməsi kiməsə təsir göstərib. Penalti elə bir şeydir ki, hər kəsin öz psixologiyasına görə olur. Yəni, həmin anda səviyyə və istedad ikinci plana keçir. Əsas məsələ hansı futbolçunun əsəblərinin daha sağlam və sakit olmasından asılıdır. Çox təəssüflər olsun ki, azarkeşlərimizi sevindirə bilmədik. Ümidimiz gələn mövsümə qalıb.
Olimpiya.az

0
0