“Gələn həftə Bakıya gələcəm və rəsmi müqaviləyə imza atacam” - MÜSAHİBƏ
27.07.2012 - 18:58
Avstriyada təlim-məşq toplanışda olan “Simurq” artıq baxışa dəvət olunun futbolçulardan ikisi ilə ilkin razılığa gəlib. Apasport.az saytının məlumatına görə, gələn həftə Bakıya gələrək komanda ilə rəsmi müqavilə imzalayacaq Dilaver Zrnanoviç ilk təəssüratların Zaqatala klubunun rəsmi saytına bildirib.
- İlk təəssüratların necədir?
- Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Gələn həftə Bakıya gələcəm və rəsmi müqaviləyə imza atacam. Çalışacam ki, ilk forma geydiyim gündən mövsümün sonuna qədər yaxşı oyunumla komandamızın turnir cədvəlində yüksəlməsinə kömək edim.
- Yeni komandanız haqda nə deyə bilərsiz?
- Komandamız hazırda yeni mövsümə hazırlıqlar görür, heyətimizə yeni oyunçular qoşulur. Stepan Poljak kimi futbolçuda artıq bizimlədir. Fikrimcə, bir neçə nəfər də heyətə əlavə ediləcək. Bizə bir az vaxt lazımdır ki, birlikdə oynayaq. Bir-birimizi həm həyatda, həm də meydanda tanıyaq. Əla kollektivimiz var. Komanda rəhbərliyi yaxşı təlim-məşq toplanışı təşkil edib. Əla məşqçimiz var. Gözəl meydanlarçalarda məşq edirik. Ancaq təbii ki, ən vacibi qarşıdakı mövsüm və ilk oynumuzdur.
- Azərbaycan futbolu haqqında hansısa informasiyaya maliksiz?
- Karyeram ərzində yalnız bir dəfə Azərbaycan klubuna qarşı oynamışam. Moskvada keçirilən “Birlik Kubokun”da “İnter”lə matçda forma geyinmişdim. Həmin vaxt indiki “Partizan”da Minskdə oynayırdım. Ondan sonra bir neçə klublar haqqında eşitmişdim. Bilirəm ki, Azərbaycan çempionatında “İnter”lə yanaşı, “Neftçi”, “Xəzər Lənkəran” kimi güclü komandalar mübarizə aparır. Ancaq bu futboldur. Hər kəs öz oyununu göstərməyə çalışır. Matçlarda bütün gücünlə meydanda mübarizə aparmalısan ki, qalib gələsən.
- Yeni mövsümdə ilk rəqibi “Qəbələ”dir. Bu oyun haqqında nə düşünürsüz?
- Artıq 2 həftədir ki, “Simurq”la birlikdə məşq edirəm. Təbii ki, komandanın bir üzvü kimi yavaş-yavaş rəqiblərimiz haqqında məlumat toplamağa çalışıram. Burda eşitdiklərimə görə “Qəbələ”də güclü rəqibdir. Bir necə təcrübəli futbolçuları var. Ancaq gözləyək görək necə olacaq. Qarşıdakı oyunlara yaxşı hazırlaşmalıyıq. Qarşılaşmalara kökləndikdən sonra rəqibin kim olmasından asılı olmayaraq qorxmağa ehtiyac qalmır. Bizim komandamız hazırda heyətin formalaşdırıb qurtarmaq üzrədir. Təcrübəli futbolçularla yanaşı, gənc istedadlı üzvlərimiz var. Fikrimcə hər şey qaydasında gedir.
- Komandamızın Avstriyada təlim-məşq toplanışı necə keçir?
- Toplanış başlayan vaxtdan komandanın düşərgəsinə qoşulmuşam. Gündə 2 dəfə olmaqla məşqlərə çıxırıq. Artıq 3 yoldaşlıq görüşündə gücümüzü yoxlamışıq. Bu gündə sonuncu yoldaşlıq oyununa çıxacayıq. Komandanın düşərgəsinə hər gün baxışa yeni futbolçular gəlirdi. Hazırda heyətin formalaşdırılmasına çalışılır. Düşünürəm ki, bu komandanın daha yaxşı olması üçün vaxt lazımdır. Toplanışda bircə problemimiz yağışlar idi. Bu səbəbdən meydancalarda məşq etmək çox ağır oluru. Xüsusən ilk günlər daha çox taktiki və fiziki hazırlıqlı təlimlərə çıxırdıq. Qalan hər şey qaydasındadır. Təlim-məşq toplanışımız professional şəkildə təşkil olunub.
- Bu mövsüm “Simurq”un azərkeşləri sizdən necə oyun gözləsinlər?
- Onlara söz verə bilərəm ki, forma geydiyim bütün qarşılaşmalarda komandamızın qələbəsi üçün əlimdən gələni etməyə çalışacam. Sona qədər mübarizə aparacam. Fikrimcə, biz komanda olaraq yaxşı oyunumuzla azerkeşlərimizi tribunalara səsləməliyik. Mən də meydanın onlarla dolu olmasını çox xoşlayıram. İnanıram ki, gözəl oyunlarla qələbələr əldə edəcəyik və bu sevinci azərkeşlərimizlə yaşayacayıq.

0
0