Kamran Ağayev və faydasız legionerlər
28.07.2012 - 06:39
"Xəzər Lənkəran" Avropa Liqasında uğursuzluğu 3 futbolçunun boynuna biçib. Belə ki, dünən Kamran Ağayev, Rikardo Qomeş və Randall Brenes transferə çıxarılıb. Bu barədə keçirilən klubdaxili iclasda qərar qəbul olunub.
2001-2004-cü illərdə "Şəfa"da və 2004-2006-da "Turan"da çıxış edən Kamran 2006-cı ildən "Xəzər Lənkəran"da 134 oyun keçirib. Lənkəran klubu ilə Azərbaycan çempionu (2006-2007), ölkə kubokunun (2006-2007, 2007-2008, 2010-2011) və "Birlik kuboku"nun qalibi (2008) olan qolkiper milli komandamızın əsas qapıçısıdı. 26 yaşlı Ağayev 2008-ci ildən yığmada 29 oyun keçirib.
Qomeş 2011-ci ildə Mirça Rednikin istəyi ilə Rumınyianın "Styaua" klubundan transfer olunub. 31 yaşlı yarımmüdafiəçi "Xəzər Lənkəran"da keçirdiyi 18 oyunda 2 qol vurub. O, əvvəllər Braziliyanın "Portuqeza", İsveçrənin "Malkantone" və Rumıniyanın "Unirea" klublarında top qovub.
Brenes isə bu ilin yanvarında "Xəzər Lənkəran"a Kosta Rikanın "Kartagines" klubundan transfer edilib. 28 yaşlı forvard Lənkəran klubunda 11 oyun keçirərək 1 qol vurub. Brenes əvvəllər Norveçin "Bodo/Qlimt" və "Konqsvinger" klublarında top qovub. O, Kosta Rika yığmasının üzvüdü. Brenes 2005-ci ildən çağırıldığı millidə 16 oyun keçirərək 5 qol vurub.
Futbolçuların heyətdən kənarlaşdırılması ilə bağlı "Xəzər Lənkəran" rəhbərliyi hər hansı ciddi açıqlama verməsə də, bütün bunların təkcə "Lex"lə səfər oyununa görə olmadığı bəllidi. Vəziyyət o qədər ciddidi ki, hətta çempionatın startına bir həftə qalması da rəhbərliyi belə sərt qərardan çəkindirməyib. Bəlkə də bu futbolçular çoxdan transferə çıxarılmalı, qovulmalıydı. Sadəcə, bunun üçün Yunis Hüseynov cəsarəti lazım idi.
Braziliyada gün keçirməklə klubun düşərgəsində dəfələrlə qaçaq düşən Rikardo onsuz da komandaya ciddi fayda vermirdi. Səs-küylə transfer edilən Brenes isə yerli oyunçulardan demək olar, fərqlənmirdi, əksinə, daha zəif idi. Heç bu oyunçularla Avropa Liqasına getmək belə lazım deyildi və onları daha layiqlilər əvəzləsəydi, bəlkə də indi "Lex" üzərində qələbədən danışırdıq.
Kamrana gəlincə, burada vəziyyət daha dəqiqdi. Ağayevin qapıçı kimi səviyyəsinə şübhə yoxdu. Düzdü, ölkədə yüksək səviyyəli yerli qapıçılar olmadığından yığmada rəqibsiz qalıb. Ancaq onun tamamilə bacarıqsız olduğunu da iddia edə bilmərik. Poznanda buraxdığı biabırçı qola baxmayaraq, normal, orta səviyyəli qapıçıdı.
Kamran haqda belə qərar çıxarılmasının əsas səbəbi davranışıdı. Daim mətbuat tərəfindən tənqid edilən qolkiper əcaib açıqlamaları ilə gündəmdə qalmağı bacarırdı. Gah futbolu atacağını, gah xaricdən - "Tottenhem"dən, "Köln"dən - əla təkliflər aldığını deyən Ağayev hər dəfə belə şantajla yeni müqavilələr bağlamağa nail olurdu. Lənkəranda o qədər səlahiyyət əldə etmişdi ki, Mirça Rednikin qovulmasıyla nəticələnən qiyama rəhbərlik etməyə kimi irəliləyə bildi. Belə "üsyanlar"ın gizli qəhrəmanı olan Kamran qışda özü də tutarlı zərbə aldı. Amma onda canını kapitan sarğısını itirmək bahasına qorudu. Bu dəfə isə rəhbərlik artıq onun kaprizlərindən, nazından bezdi.
Bu məsələdə baş məşqçi amilinin rol oynadığı da danılmazdı. Çünki Hüseynov hətta dünya ulduzu olsa da, dikbaş futbolçuları sevmədiyini əvvəlki iş yerlərində göstərib. Yunis bəyin Kamrana da səbri bura kimi çatdı və bəlkə də "Xəzər Lənkəran"dakı gələcək uğurlarının təməlini qoydu.
Məhz belə davranışları üzündən azarkeşlərlə də arası dəyən Kamran son olayla balğı bunları dilə gətirib: "Bu barədə heç bir şey düşünmürdüm. Sadəcə, bu gün çağırıb dedilər ki, məsələ belədi. Peşəkar klub bir qola görə qapıçıya qarşı bu cür hərəkət etməz. İstənilən qolda qapıçının səhvi olur. İnanmıram ki, məsələ "Lex"lə oyunla bağlı olsun. Hələ ki yarım saatdı klubdan ayrılmışam. Gələcəyimi düşünəcəm. İnşallah, müəyyən problemləri yoluna qoysam, xaricdə oynamaq istəyirəm. Əvəzolunmaz futbolçu yoxdu. "Xəzər Lənkəran"a ancaq uğurlar arzulayıram. Klub prezidenti Mais Mənsimovla hələ görüşməmişəm. Yəqin ki, klubun prezdentindən icazəsiz belə qərar verməzlər və təbii ki, onun hər şeydən xəbəri var. Baş məşqçi Yunis Hüseynova gəlincə, tez-tez zəng edən insanlar indi telefon zənglərimə cavab vermirlər. Əvvəl-axır belə olmalıydı. Son zamanlar başım qalmaqallardan açılmırdı. Münasibətdən də hiss edirdim ki, Lənkəranda qalmağımı istəməyənlər var".

0
0