“Bakı” yenə Yunanıstandan futbolçu gətirdi
28.07.2012 - 06:41
Yeni mövsümün hazırlıqlarını klubun təlim-məşq bazasında davam etdirən "Bakı"nın düşərgəsinə dünən yeni futbolçu gəlib. Apasport.az saytının xəbərinə görə, argentinalı yarımmüdafiəçi Rodriqo Beserra artıq tibbi müayinədən keçib və onunla 1+1 illik müqavilə imzalanacaq.
1984-cü ildə Argentinanın Kordoba vilayətində anadan olan Rodriqo Beserra ampulaca hücumameylli yarımmüdafiəçidi. Futbola ölkəsinin "Merida" klubunda başlayan 28 yaşlı legioner hazırda Yunanıstanın PAS klubunda (26 oyuna 7 qol) çıxış edir. Karyerasınım çox hissəsini ölkəsində keçirən orta sahə oyunçusu "DC Yunayted", "Atletiko" (Rafaelo, 11 oyuna 2 qol), "Tiro Federal" (7 oyuna 1 qol), "Belqrano" (25 oyun 3 qol), "San Martin" (33 oyuna 4 qol) və "Atletiko"da (Tukuman, 25 oyuna 3 qol) özünü göstərib.
Qeyd edək ki, Beserra Bojidar Bandoviçin ilk transferidi. Ancaq maraqlıdı ki, "Bakı"nın son legionerləri yalnız Yunanıstanla əlaqəsi olan klublardan gəlir. Görünür, Bandoviçin əvvəllər çalışdığı bu ölkədə transfer şəbəkə qurması ilə bağlı deyilənlər əbəs deyil.

0
0